dini radikalizm və ekstremizmlə mübarizə

Nyu-Dehlidə qarşıdurmalar zamnı 13 nəfər ölüb, 150 nəfərdən çox etirazçı yaralanıb

Nyu-Dehlidə qarşıdurmalar zamnı 13 nəfər ölüb, 150 nəfərdən çox etirazçı yaralanıb

Hindistanda vətəndaşlıq haqqında qanuna düzəlişlərin qüvvəyə minməsi fonunda Nyu-Dehlidə baş verən iğtişaşlar və toqquşmalar zamanı ölənlərin sayı 13-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki,150-dən çox etirazçı yaralanıb, qurbanlar arasında yetkinlik yaşına çatmayanlar var.

Paytaxtın şimal-şərq bölgələrində müvafiq qanuna dəyişikliyə etiraz edənlərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Həmin ərazidə hökumət bütün özəl və dövlət məktəblərinin müvəqqəti bağlanmasına qərar verib. Kütləvi tədbir və yığıncaqlar qadağan edilib. Şəhərin şimal-şərqində komendant saatı tətbiq edilib.

Qeyd edək ki, vətəndaşlıq haqqında yeni qanun ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub. Qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Lakin bu, müsəlmanlara şamil edilmir. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub.Bu səbəbdən ötən ilin dekabr ayından bəri ölkə daxilində tez-tez etiraz aksiyaları keçirilir.

Oxunub: 382
Oxşar xəbərlər
SON XƏBƏRLƏR