dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ senatorlarından ibarət nümayəndə heyəti fevralın 14-də Ukraynada Zelenski ilə görüşəcək

ABŞ senatorlarından ibarət nümayəndə heyəti fevralın 14-də Ukraynada Zelenski ilə görüşəcək

ABŞ senatorları Kristofer Mörfi (Konnektikut ştatından olan demokrat), Con Barrasso (Vayominqdən respublikaçı) və Ron Conson (Viskonsin ştatından olan respublikaçı) cümə günü Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcəklər.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mörfi özünün “Twitter” hesabında bildirib.

“Cümə günü Prezident Zelenski ilə görüşmək üçün Ukraynaya gedirəm. Senatorlar Con Barrasso və Ron Conson da mənə qoşulacaqlar. ABŞ Prezidenti Donald Tramp ABŞ və Ukrayna arasındakı münasibətlərdə korrupsiya məsələsinə görə cəzadan yaxa qurtara bildi, lakin bu, ikipartiyalı dəstək birliyini bərpa etmək cəhdlərimizə mane ola bilməz”, - deyə Mörfi yazıb.

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR