dini radikalizm və ekstremizmlə mübarizə

Narkotik qaçaqmalçıları Meksikanın şimalında 22 evi yandırıb, itkin düşənlər var

Narkotik qaçaqmalçıları Meksikanın şimalında 22 evi yandırıb, itkin düşənlər var

Meksikanın şimalındakı Çihuahua ştatında, Madera dağ bələdiyyəsində təxminən 100 nəfərlik naməlum bir qrup yerli sakinlərin 20-dən çox evini, həmçinin bir neçə avtomobili yandırıb.

APA xəbər verir ki, bu barədə “Reporteindigo” portalı məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, gecə silahlı insanlar bir neçə yük maşını ilə kəndə gələrək evlərə və park edilmiş avtomobillərə atəş açmağa başlayıblar. Eyni zamanda ölən və yaralananlar barədə məlumat verilməyib. Yalnız bir neçə nəfərin itkin düşməsi barədə yerli sakinlərdən təsdiqlənməmiş məlumatlar daxil olub.

Qəsəbə sakinlərinə kömək etmək üçün əraziyə 100 hüquq-mühafizə orqanı əməkdaşları göndərilib, bölgədə cinayətkarların axtarışı üçün hava və quru əməliyyatları başlayıb. Hücumun bu əraziyə nəzarət etmək hüququna etiraz edən narkotik kartellərindən birinin üzvləri tərəfindən törədildiyi ehtimal edilir.

Oxunub: 340
Oxşar xəbərlər
SON XƏBƏRLƏR