dini radikalizm və ekstremizmlə mübarizə

General Haftar əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb

General Haftar əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb

General Xəlifə Haftarin rəhbərlik etdiyi Liviya Milli Ordusu əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb.

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Milli Ordusunun “Twitter” səhifəsində məlumat verilib.

Buna Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qəbul etdiyi qərarın səbəb olduğu göstərilib.

“Vətəni qorumaq xalqın borcudur”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb. Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb. Yanvarın 2-də isə Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib. TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib. Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib.

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR