dini radikalizm və ekstremizmlə mübarizə

Çindən “Qurani-Kərim”lə balı ŞOK QƏRAR

Çindən “Qurani-Kərim”lə balı ŞOK QƏRAR

Çinin iqtidardakı Kommunist Partiyası müqəddəs “Qurani-Kərim”, “İncil” kitabları və Buddist Sutralarının ideologiyalarına və mədəniyyətlərinə uyğun olmadığını bildirərək kitabın yenidən yazılması üçün hərəkətə keçib.

Maoist partiya müqəddəs kitabların hər sətrini yenidən dəyərləndirəcək və lazımi yerlərdə dəyişiklik aparılacaq.

Belə ki, noyabr ayında Kommunist Partiyasının daimi üzvü və Baş nazirin köməkçisi Vanq Yanqın rəhbərliyində ölkənin ən önəmli dini inanc qruplarının təmsilçilərinin dəvəti ilə simpozium keçirilib. Vanq ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunit Partiyası doktrinaları ilə uyğunlaşmadığını bildirib.

Çinin “Xinhua” dövlət agentliyinin yayımladığı toplantıda dini mətnlərin əksiksiz formada dəyərləndirilməsi və uyğun olmayan yerlərin dəyişdirilməsi, mətnlərin yenidən tərcümə olunması haqqında qərar qəbul edilib.

Fransanın “Le Figaro” nəşrinin xəbərinə görə, əsas kultların təmsilçilərinin bir araya gəldiyi bu simpozium oktyabr ayının sonunda Kommunist Partiyasının toplantısında verilən qərarların tətbiqi üçün keçirilib.

“EuroNews”un xəbərinə görə, Çinin Kommunist Partiyası xarici ölkələrin təsirindən müstəqil, maoist ideologiyaya bağlı bir həyat modeli yaratmağı hədəfləyir. Bunun üçün xarici ölkələrin müdaxilə bəhanəsi kimi gördüyü dinləri çinliləşdirmək istəyir. (publika.az)

Oxunub: 527
Oxşar xəbərlər
SON XƏBƏRLƏR