dini radikalizm və ekstremizmlə mübarizə

Valeri Gerasimov Suriyadakı Əl-Hol və Rukban qaçqın düşərgələrindəki vəziyyətdən ciddi narahatlığını bildirib

Valeri Gerasimov Suriyadakı Əl-Hol və Rukban qaçqın düşərgələrindəki vəziyyətdən ciddi narahatlığını bildirib

“Suriyada ABŞ-ın nəzarətindəki ən böyük qaçqın düşərgəsi olan Əl-Holda kritik vəziyyət davam edir, çətin vəziyyət buradakı sakinlərin aqressivləşməsinə, radikallaşmasına zəmin yaradır”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə bildirib.


O qeyd edib ki, ABŞ-ın nəzarət etdiyi Hasek əyalətində yerləşən ən böyük qaçqın düşərgəsində kritik vəziyyət qalmaqdadır: "Düşərgədə həddindən artıq çətin sanitariya-epidemioloji vəziyyət yaşanmaqdadır, şəraitsizlik, dərman, qida çatışmazlığı düşərgə sakinləri arasında sosial, millətlərarası və dini gərginliyi daha da artırır ki, bu da onların radikallaşmasına gətirib çıxarır”.

Baş Qərargah rəisi ABŞ-ın nəzarətində olan Əl-Tanf bölgəsindəki Rukban qaçqın düşərgəsi barədə də ciddi narahatlığını bildirib: "Rukbanda oğurluq, zorakılıq, köləlik və insan alveri geniş yayılıb. Suriya hökuməti insanları düşərgədən qəbul etməyə tam hazır olduğunu bəyan edərək, onların təhlükəsizliyinə zəmanət verir. Lakin Rukbanı nəzarətdə saxlayan silahlı dəstələr qaçqınların geri dönməsinin qarşısını alır".

Qeyd edək ki, Rusiyanın "Krasnaya Zvezda" qəzetinin dərc etdiyi məlumata görə, təkcə Əl- Hol düşərgəsində təxminən 70 min insan yaşayır, onların yarısından çoxunu uşaqlar təşkil edir.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR