» » Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib

Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib

  • 30-11-2019, 11:02
  • dunya
  • 29
Fransada dəmir yolu stansiyasında şübhəli çanta aşkarlanıb, sərnişinlər təxliyə edilib

Parisin Şimal Stansiyasında (Gare du Nord) şübhəli bir çanta aşkarlanıb.

APA yerli “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, dərhal sərnişinlər ərazidən təxliyə edilib.

İnsanların təxliyə edilməsi təxminən 40 dəqiqə davam edib. Stansiyanın bir hissəsi bağlanılsa da, ümumilikdə fəaliyyəti davam edib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Fransada sözügedən hadisə cümə günü naməlum şəxsin London körpüsündə insanlara hücum etməsi ilə eyni vaxta təsadüf edib.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031