dini radikalizm və ekstremizmlə mübarizə

Salvadorda 48 ölüm işinə görə 18 polis əməkdaşı tutulub

Salvadorda 48 ölüm işinə görə 18 polis əməkdaşı tutulub

Salvadorda törədilmiş 48 cinayətə (ölüm işi) görə 18 polis əməkdaşı saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ölkənin Baş Prokuroru Raul Melara məlumat verib.

Qeyd edilib ki, onlardan dörd nəfəri keçmiş polis işçiləridir.

Prokuror qeyd edib ki, 48 cinayət işində əli olan cinayətkar şəbəkənin fəaliyyəti üzə çıxıb.

Qeyd edək ki, Salvador Latın Amerikasında ən çox insanın qətlə yetirildiyi və zorakılıq hallarının yaşandığı ölkələrdən biri kimi göstərilir. Hakimiyyət cinayətkarlıqla mübarizə məqsədilə xüsusi bir plan hazırlayıb. Məhz bu müxanizmin sayəsində bir sıra cinayətlərin aşkar edilməsi mümkün olur.

Oxunub: 462
Oxşar xəbərlər
SON XƏBƏRLƏR