dini radikalizm və ekstremizmlə mübarizə

Seul və Vaşinqton müdafiə məsələləri üzrə dialoqa başlayır

Seul və Vaşinqton müdafiə məsələləri üzrə dialoqa başlayır

ABŞ və Koreya Respublikası hərbi qüvvələri cümə axşamı Seulda vahid müdafiə dialoquna start verib.

APA xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"İki gün davam edəcək tədbirdə tərəflər ABŞ və Koreya Respublikasının maraqlarına təsir edən təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Xüsusilə bu, Koreya yarımadasında nüvəsizləşdirmə və bölgədə davamlı sülhün bərqərar olması, qoşunların operativ komandanlığının təhvil verilməsi və iki ölkənin hərbi ittifaqının gücləndirilməsi xarakteri daşıyır", - deyə sənəddə qeyd olunub. Tərəflərin son KXDR raket atışları mövzusuna da toxunacağı gözlənilir.

Danışıqlarda iştirak edən Cənubi Koreya nümayəndə heyətinə müdafiə nazirinin müavini Çun Suk-Hvan, ABŞ tərəfinə isə müdafiə nazirinin katibinin Şərqi Asiya üzrə köməkçisi Heino Klink rəhbərlik edir.

Oxunub: 458
Oxşar xəbərlər
SON XƏBƏRLƏR