» » Rusiya XİN Con Boltonun vəzifədən azad olunmasına münasibət bildirib

Rusiya XİN Con Boltonun vəzifədən azad olunmasına münasibət bildirib

  • 11-09-2019, 11:42
  • dunya
  • 16
Rusiya XİN Con Boltonun vəzifədən azad olunmasına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad olunmasına münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rəsmi Moskva C. Boltonun azad olunmasından sonra ABŞ-la münasibətlərin yaxşılaşması barədə illüziyalara qapılmır.

Onun sözlərinə görə, müxtəlif səviyyələrdə bir çox vəzifələr ABŞ hakimiyyətində əvvəlki kimi boş qalıb və Moskva buna alışıb.

“Məsələ kimin Vaşinqtonda nə işlə məşğul olmasında deyil, məsələ münasibətlərin normallaşması və yaxşılaşması baxımından bunun nə dərəcədə effektiv olmasındadır. Hələlik təəssüf ki, davam edən kadr dəyişikliyi fonunda biz hər hansı sabitləşmənin baş vermədiyini müşahidə edirik. Ona görə də baş verənlərlə bağlı illüziyalara qapılmırıq. Biz yalnız ABŞ xarici siyasətində, xüsusi olaraq Rusiya ilə bağlı nələrin dəyişə biləcəyini qiymətləndirəcəyik”, - deyə S. Ryabkov vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30