dini radikalizm və ekstremizmlə mübarizə

Makron Putindən bunu öyrənmək istəyir - Analitik

Makron Putindən bunu öyrənmək istəyir - Analitik

Fransa Prezidenti Emmanuel Makron zirvə toplantısı öncəsində Putinin fikrini öyrənməklə əlini gücləndirmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elxan Şahinoğlu qeyd edib. O, Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarını Parisə dəvət etməsinin səbəblərini açıqlayıb:

“Makron Putini yola salandan bir neçə gün sonra “böyük yeddilər”in zirvə toplantısına ev sahibliyi edəcək. Makron bu zirvə toplantısı öncəsində Putinin fikrini öyrənməklə əlini gücləndirmək istəyir. Ukraynaya görə qərb ölkələri 5 ildir Rusiyaya sanksiyalar tətbiq edirlər, ancaq Paris hesab edir ki, ortaq yollar tapmaq üçün qarşı tərəfi də dinləmək lazımdır. Makron Putinlə görüşün hesabatını hazırlayaraq, onu qərbli həmkarlarının diqqətinə çatdıracaq”.

E.Şahinoğlunun sözlərinə görə, çətin ki, Makron Putinlə hansısa konkret razılığa gələ bilsin:

“Sadəcə, Makron ümid edir ki, Putin Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə dialoqa başlayacaq. Təsadüfi deyil ki, Makron bir müddət əvvəl Zelenskini də Parisə dəvət etmiş və dinləmişdi. Başqa sözlə, Makron həm də bir növ, Kiyevlə Moskva arasında vasitəçi rolunda çıxış etməyə çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biridir. Əslində, Donbas məsələsində Minsk Qrupunda Rusiya, Ukrayna və Fransadan başqa Almaniya da var. Ancaq Almaniyanın kansleri Angela Merkel hakimiyyətdən getməyə hazırlaşır və səhhətində müəyyən problemlər var. Makron bundan istifadə edərək, Qərblə Rusiya arasında körpü rolunu oynamağa çalışır”.

Analitik Putinlə Makronun Suriyada müharibənin sona çatdırılması mexanizmləri, İran və Yaxın Şərq mövzularında da müzakirələr aparacağını söyləyib.

Qeyd edək ki, bu gün Makron və Putinin görüşü gözlənilir.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR