dini radikalizm və ekstremizmlə mübarizə

Yens Stoltenberq: "Brexit" Böyük Britaniyanın NATO üzvlüyünə təsir etməyəcək

Yens Stoltenberq: "Brexit" Böyük Britaniyanın NATO üzvlüyünə təsir etməyəcək

“Böyük Britaniyanın Avropa İttifaqından çıxmağı NATO-nun Avropadakı rolunu gücləndirəcək”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Yeni Zelandiyada səfərdə olarkən bildirib.

“Brexit" NATO-nu Avropa və Şimali Amerika dövlətlərinin birliyini qorumaq üçün daha önəmli platformaya çevirəcək, çünki Böyük Britaniya və digər Avropa ölkələri əvvəlki kimi alyansa üzv olacaq”, - Y.Stoltenberq deyib.

NATO-nun baş katibi həmçinin qeyd edib ki, “Brexit” Böyük Britaniyanın NATO-dakı üzvlüyünə təsir göstərməyəcək: “Brexit”in tarixindən asılı olmayaraq, Böyük Britaniya NATO-nun çox vacib və açar tərəfdaşı kimi qalacaq".

Oxunub: 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR