dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN: NATO-nun bəyanatları inandırıcı deyil

Rusiya XİN: NATO-nun bəyanatları inandırıcı deyil

“NATO-nun Avropada raket yerləşdirməməsilə ilə bağlı bəyanatları inandırıcı deyil”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz diqqətlə və ehtiyatla NATO rəhbərliyinin və alyans üzvlərinin bəyanatlarını izləyirik. NATO dəfələrlə bəyan edib ki, Avropada raket yerləşdirməklə bağlı heç bir planı və niyyəti yoxdur. Lakin belə bəyanatlar bizə inandırıcı gəlmir. Keçmiş təcrübəmizə əsaslanaraq, biz artıq bilirik ki, planlar dəyişə bilər və indiki qeyri-stabil siyasət şəraitində istənilən hərəkət üçün asanlıqla bəhanə tapmaq olar”, - S. Ryabkov bildirib.

Oxunub: 656
Oxşar xəbərlər
SON XƏBƏRLƏR