» » ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə silah embarqosunun ləğvini və Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib

ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə silah embarqosunun ləğvini və Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib

  • 15-07-2019, 14:31
  • dunya
  • 150
ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə silah embarqosunun ləğvini və Türkiyəyə F-35 satışının dayandırılmasını dəstəkləyib

ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.

Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.


Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031