dini radikalizm və ekstremizmlə mübarizə

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Rusiyanın hava hücumundan müdafiə sistemləri Suriyada qanunsuz silahlı birləşmələrinin 3 pilotsuz uçuş aparatını məhv edib.

Trend-in məlumatına görə, PUA-lar Rusiyanın Suriyadakı aviabazası «Hmeymim»ə hücum zamanı məhv edilib.

Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib ki, iyulun 12-də gecə Suriyada qanunsuz silahlı birləşmələrin nümayəndələri “Hmeimim” hava bazasına İdlib tərəfdən PUA-larla hücum etməyə cəhd göstərib. Rusiyanın hava hücumundan müdafiə sistemləri vaxtında PUA-ları aşkar edərək məhv edib:

"Bununla da Xmeymim aviabazasına dron hücumunun qarşısnı alıb".

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Kinsibba yaşayış məntəqələrini, Sabikiya və Aleppo şəhərini və vilayətini atəşə tutublar".

Oxunub: 492
Oxşar xəbərlər
SON XƏBƏRLƏR