» » ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir

  • 24-06-2019, 10:46
  • dunya
  • 142
ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir

ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib.

Djb.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün “CBS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq.

“Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, - deyə Pens bildirib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031