» » Rusiyada çoxluq təşkil edən miqrantların mənsubluğu açıqlanıb

Rusiyada çoxluq təşkil edən miqrantların mənsubluğu açıqlanıb

  • 24-06-2019, 10:45
  • dunya
  • 161
Rusiyada çoxluq təşkil edən miqrantların mənsubluğu açıqlanıb

Rusiyaya ən çox axın edən miqrantların hansı ölkələrdən olduğu açıqlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlum olub ki, ukraynalılar bu siyahıda birinci yerdədir. Ukraynadan olan miqrant axını son dövrlər azalsa da, hər 4 miqrantdan biri bu ölkənin vətəndaşıdır.


Siyahıda ikinci yerdə Qazaxıstanın adı var, onun ardınca Tacikistan gəlir. Rusiyaya daha çox üz tutanların arasında Özbəkistan və Ermənistan vətəndaşları dördüncü yeri tutur. Bundan başqa, Rusiyaya Türkmənistandan da fəal miqrant axını qeydə alınır.

Qeyd olunur ki, 2018-ci il göstəricisinə əsasən, ölkəyə 565 mindən çox miqrant gəlib ki, onların da 90%-i MDB ölkələrinin vətəndaşlarıdır.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031