dini radikalizm və ekstremizmlə mübarizə

Kanada 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək

Kanada 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək

Kanada 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Kanada ilə yanaşı namizəd ölkələrin sırasında eləcədə Azərbaycan, Argentina, BƏƏ və Qazaxıstan vardır. Səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb.

1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyədək bu qurumun tədbirlərində fəal iştirak edib. Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxunub: 492
Oxşar xəbərlər
SON XƏBƏRLƏR