dini radikalizm və ekstremizmlə mübarizə

Tbilisidə etiraz aksiyası: daxili işlər nazirinin istefası tələb olunur

Tbilisidə etiraz aksiyası: daxili işlər nazirinin istefası tələb olunur

Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb.

Unikal.org xəbər verir ki, artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən daxili işlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı saxlanılanların dərhal azad edilməsi tələb olunur.

Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə - parlamentin binası önünə toplaşmağa çağırırlar.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR