dini radikalizm və ekstremizmlə mübarizə

Səudiyyə kralı Fələstin problemini ərəb dünyasının əsas problemi adlandırıb

Baxış Sayı:153

Səudiyyə kralı Fələstin problemini ərəb dünyasının əsas problemi adlandırıb
Fələstinlilər paytaxt Şərqi Qüdsdə öz müstəqilliklərini əldə etmədikləri müddətdə Fələstin problemi ərəb dünyası üçün prioritet məsələ olaraq qalacaq.

Djb.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Məkkədə Ərəb Dövlətləri Liqası üzvlərinin iştirakı ilə keçirilmiş fövqəladə sammitin açılışında Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl-Səud deyib.

“Fələstin xalqı mövcud beynəlxalq qətnamələr və ərəb sülh təşəbbüsü əsasında əlindən alınmış haqlarını geri qaytarmayınca və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmayınca, Fələstin problemi – bizim əsas problemimiz olacaq”, - deyə kral vurğulayıb.

Bundan bir qədər əvvəl ABŞ rəsmi dairələri bəyan edib ki, Fələstin ərazisinə investisiyalar cəlb edilməsi üçün iyunun sonunda Bəhreyndə iqtisadi forum təşkil etmək niyyətindədirlər. Yaxın Şərq üzrə “Əsrin müqaviləsi” adlandırılan forumun reallaşdırılmasında əsas hədəflərdən biri “Fələstin-İsrail konfliktinə son qoymaqdır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR