dini radikalizm və ekstremizmlə mübarizə

Quaydo xalqı şənbə gününə təyin edilmiş mitinqə səsləyib

Quaydo xalqı şənbə gününə təyin edilmiş mitinqə səsləyib
Venesuela müxalifətinin lideri Xuan Guaydo xalqı mayın 11-nə təyin edilmiş etiraz aksiyasına qoşulmağa şağırıb.

Djb.az-in TASS-a istinadən verdiyi məlumata görə, müxalifət lideri Karakasda keçirdiyi mətbuat konfransında deyib ki, şənbə gününə planlaşdırılmış mitinq təkcə parlamenti qorumaq məqsədilə deyil, həmçinin vətəndaşları da qorumaq üçün keçiriləcək.


“Rejimin hər hücumu Venesuela xalqını daha da gücləndirir" şüarını səsləndirən Guaydo aprelin 30-da xalqın tərəfində olan millət vəkillərinin həbs edilməsini qanunazidd hesab edərək onların azad edilməsini tələb edib.


Qeyd edək ki, Venesuelada məlum etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasındakı qarşıdurma nəticəsində yüzlərlə sakin yaralanıb, beş nəfər həlak olub. Qeyri-hökumət təşkilatlarının məlumatlarına görə isə iki gün ərzində ən azı 240 nümayişçi saxlanılıb.

Oxunub: 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR