dini radikalizm və ekstremizmlə mübarizə

Qaranlıq rejimli web şəbəkə çökdü

Qaranlıq rejimli web şəbəkə çökdü
"Europol" tərəfindən həyata keçirilən əməliyyatda Almaniyada böyük bir qaranlıq rejimli web şəbəkənin fəaliyyəti dayandırıldı.

Djb.az xəbər verir ki, Metbuat.az chip.az-a istinadən bildirir ki, "Europol"un başçılıq etdiyi əməliyyatda dünyanın ikinci böyük qaranlıq şəbəkəsi parçalandı. Belə ki, sözü gedən şəbəkə vasitəsi ilə 550 min avrodan çox pulun, bitcoin ehtiyatları və sayt serverlərinin ələ keçirildiyi məlum olub. Bu səbəbdən "Wall Street Matrket" adlı qaranlıq şəbəkənin üç səlahiyyətli şəxsi həbs olunub.
"Europol"un yaydığı xəbərə görə "Wall Street Market" 1.15 milyondan çox istifadəçinin və təxminən 5.400 civarında narkotik, zərərli proqram və digər qeyri-qanuni satıcıların fəaliyyət göstərməsi üçün bir növ ev sahibliyi edib. Hətta bəzi insanları şantaj etmək üçün məlumatları satan şəxslərin də burada daimi avtiv olduğu aşkarlanıb.

Ədliyyə Nazirliyinin verdiyi məlumata görə "Wall Street Market"in sahibləri saytlarında istifadəçilərin artması səbəbindən bu işdən çıxmağa çalışırdılar. Polislər uzun müddət qaranlıq web şəbəkələri çökdürməyə çalışırdı ki, nəhayət bunu gerçəkləşdirmək üçün yetərli səbəb tapa bildilər.

Oxunub: 691
Oxşar xəbərlər
SON XƏBƏRLƏR