dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə-ABŞ münasibətlərində mənfəətimiz var - Almaniya

Türkiyə-ABŞ münasibətlərində mənfəətimiz var - Almaniya
Bizim üçün Türkiyə ilə ABŞ arasında münasibətlərin yaxşı olması istiqamətində bir mənfəətimiz var. Çətin dövrlər yaşansa da, bizim üçün Türkiyə ən mühüm alyans ölkəsidir.

Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bu açıqlama ilə Almaniyanın Ankaradakı səfiri Martin Erdmann çıxış edib.


Regional və təhlükəsizlik məsələləri ilə bağlı müzakirə aparmaq üçün İstanbuldan daha yaxşı bir yer düşünmədiyini deyən Erdmann Türkiyə və Almaniyanın ortaq olduğunu vurğulayıb:


"Türkiyə ilə, eləcə də, NATO tərəfdaşlarımızla əsas məsələləri birlikdə müzakirə edirik. Bizləri bir-birimizdən ayıran cəhətləri deyil, ortaq yönlərimizi ön plana çıxarmağımız lazımdır. Təkbaşına görülən işlər uğurlu olmur. Türkiyə və Almaniya kimi ölkələrin təkbaşına gördüyü işlər ortaya çıxmır. Tərəfdaşlara ehtiyacımız var".

Oxunub: 539
Oxşar xəbərlər
SON XƏBƏRLƏR