dini radikalizm və ekstremizmlə mübarizə

CAR-da güclü yağışlar nəticəsində ölənlərin sayı 21-ə çatıb

CAR-da güclü yağışlar nəticəsində ölənlərin sayı 21-ə çatıb
Cənubi Afrika Respublikasının şərqində yerləşən Kvazulu-Natal əyalətində baş verən güclü yağışlar nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Djb.az “News24”ə istinadən xəbər verir ki, bu barədə yerli kökumət rəsmiləri məlumat yayıb.


“Ötən gecə Kvazulu-Natal ərazisində hava şəraiti pisləşib, vilayətin bəzi hissələrində yağış ən yüksək həddə çatıb. Nəticədə 21 nəfər ölüb, 32 nəfər isə tibbi yardım üçün müraciət edib. Ötən gecə 2000-dən çox zəng qeydə alınıb”, - deyə Birgə İdarəçilik və Yerli Ənənələr Şöbəsinin İcra Şurasının nümayəndəsi Dube Nkube bildirib.


O vurğulayıb ki, yerli hakimiyyət orqanları təbii fəlakətin nəticələrini minimuma endirmək üçün səylər göstərir.

Oxunub: 539
Oxşar xəbərlər
SON XƏBƏRLƏR