dini radikalizm və ekstremizmlə mübarizə

Tonoyanın Qarabağa gəliş səbəbi... – Müharibə təhlükəsi, yoxsa?/Şərh

Tonoyanın Qarabağa gəliş səbəbi... – Müharibə təhlükəsi, yoxsa?/Şərh
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirilən görüşlərdən sonra Ermənistan rəhbərliyinə daxil olan şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi ənənəvi haldır”.

Djb.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərini Teleqraf.com-a şərh edən politoloq Elçin Mirzəbəyli deyib.


Ekspertin fikrincə, Ermənistan rəhbərliyi bu səfərlərlə işğal altındakı qondarma rejim və orada yaşayan insanlara onu aşılamağa çalışır ki, onlar üçün hansısa təhdid və təhlükə yaranmayacaq:


“Digər bir aspekt isə yenə də işğalçı rejim və onun separatçı tör-töküntüsünün Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi və işğalçı qüvvəni geri oturdacağı ilə bağlı təhlükəsi hiss etməsi və qorxusudur. Bu amil Tonoyan və ondan əvvəlki erməni rəsmilərinin Qarabağa səfərində özünü göstərir.


Bu səfərdə başqa bir amil isə separatçı rejim və onu himayə edən dairələrlə Ermənistanın indiki rəhbərliyi arasında yaranmış ziddiyyətlərdir.


Son dövrlərdə bu ziddiyyətlər açıq formada nəzərə çarpır. Düşünürəm ki, Tonoyanın Qarabağa gəlişində bu amillər rol oynayır. Burada keçirilən görüşlərin mahiyyətində daha çox indiki şəraitdə Paşinyan hakimiyyətinin korporativ maraqlarını qoruması və separatçıların müəyyən qədər sakitləşdirilməsi faktoru dayanır”.


Elçin Mirzəbəyli qeyd edib ki, bu səfərdən əvvəl həm separatçılar, həm də onları himayə edən dairələr, o cümlədən vaxtilə Serj Sərkisyan hakimiyyətinə daxil olan insanlar Ermənistanın indiki hakimiyyətinə qarşı ciddi ittihamlar səsləndirmişdi: “Bu səfər və burada keçirilən görüşlər müəyyən qədər “Qarabağ klanı” qorxusuyla bağlıdır.


Başqa sözlə, Tonoyanın Qarabağdakı görüşlərinin mahiyyətində bir neçə amilin dayandığını düşünürəm”.

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR