dini radikalizm və ekstremizmlə mübarizə

Notr-Dam kilsəsində çıxan yanğının səbəbi - Bəlli oldu

Notr-Dam kilsəsində çıxan yanğının səbəbi - Bəlli oldu
Fransanın tarixi Paris Notr-Dam kilsəsində çıxan yanğının səbəbi ilə bağlı ilkin açıqlamalar verilib.

Djb.az-in Publika.az-a istinadən məlumatına gorə, ilkin versiyaya görə, yanğının səbəbi böyük ehtimalla qısaqapanmadır.

Fransa polisinin verdiyi məlumata görə, aparılan istintaq araşdırmalarının nəticəsi bunu deməyə əsas verir.

Daha öncə “Le Parisien” qəzeti kilsədə aparılan bərpa işlərində istifadə olunan daşıyıcı mexanizmlərdən çıxan qısaqapanmanın yanğına səbəb ola biləcəyini yazmışdı.

Qeyd edək ki, 850 illik tarixi abidədə çıxan yanğın 8,5 saat sonra söndürülmüşdü. Fransa prezidenti Emmanuel Makron kilsənin 5 il içində əvvəlki vəziyyətinə qayıdacağı ilə bağlı söz verib. Tarixi abidənin yenidənqurması üçün 1 milyarddan çox ianə toplanıb.

Oxunub: 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR