» » Qazaxıstanda Bakıdakı finalın təqdimatı

Qazaxıstanda Bakıdakı finalın təqdimatı

  • 17-04-2019, 11:54
  • dunya
  • 14
Qazaxıstanda Bakıdakı finalın təqdimatı
Bu gün Qazaxıstanın Almatı şəhərində “Turizm və səyahət” beynəlxalq sərgisi öz işinə başlayıb.

Djb.az AFFA-nın saytına istinadən xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununun təbliğatı məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu birgə beynəlxalq sərgidə iştirak edir.


UEFA Avropa Liqasının kubokunun nümayiş etdirildiyi sərgidə iştirakçılara final oyunu ilə bağlı məlumatlar təqdim olunur. Sərginin işinə aprelin 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930