dini radikalizm və ekstremizmlə mübarizə

Astana prosesinə daha 5 ölkə qoşula bilər - Ərdoğan adları açıqladı

Astana prosesinə daha 5 ölkə qoşula bilər - Ərdoğan adları açıqladı
Suriyada münaqişənin nizamlanması üzrə Astana prosesinə daha 5 ölkə qoşula bilər. Trend-in məlumatına görə, belə bir açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Türkiyəli lider qeyd edib ki, gələcəkdə Astana prosesinin möhkəmlənməsi üçün İordaniya, İraq, Livan, Almaniya və Çin bura qoşula bilər.

Xatırladaq ki, Suriyada münaqişənin nizamlanması üzrə yaradılmış Astana prosesində Rusiya, İran, Türkiyə, Qazaxıstan və Suriya iştirak edir.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin Suriya məsələsi ilə bağlı ikinci sammiti baş tuta bilər.

Qeyd edək ki, 2011-ci ildən Suriyada silahlı münaqişə davam edir.

Oxunub: 576
Oxşar xəbərlər
SON XƏBƏRLƏR