dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-da uzunömürlü ər-arvad birlikdə yaşamalarının 82 illiyini qeyd edib

ABŞ-da uzunömürlü ər-arvad birlikdə yaşamalarının 82 illiyini qeyd edib
ABŞ-ın Şimali Karolina ştatında uzunömürlü ər-arvad birlikdə yaşamalarının 82 illiyini qeyd edib. WSOC-TV bildirib.

Qeyd edilir ki, Uilyams ailəsində bu il kişinin 103, qadının isə 100 yaşı tamam olur. Onlar birgə ailə həyatlarının 82 illiyindən başqa, həm də doğum günlərini qeyd ediblər.

Məlumata görə, cütlük 82 illik birgə ailə həyatında bir-birindən cəmi 7 gün ayrı qalıb.

Qeyd edilir ki, bu əlamətdar gün münasibətilə onların nəvələri Di və Uill Uilyams uzunömürlülər üçün möhtəşəm əyləncə gecəsi təşkil ediblər.

Cütlüyün nəvələri nəşrə müsahibələrində bildiriblər ki, onların nənə-babaları ən yaxşı dostlardır. ("Report")

Oxunub: 524
Oxşar xəbərlər
SON XƏBƏRLƏR