dini radikalizm və ekstremizmlə mübarizə

Maduro: Venesuela müharibənin yeni forması üçün poliqona çevrilib

Maduro: Venesuela müharibənin yeni forması üçün poliqona çevrilib
Venesuela ölkənin həyat təminatı sistemlərinə qarşı elektromaqnit və kibernetika silahından istifadəylə müharibənin yeni forması üçün poliqona çevrilib.

Djb.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro bildirib.

Onun sözlərinə görə, bütün bunlar Venesuelanın inqilab illərində malik olduğu “ən pis müxalifət”in iştirakıyla hazırlanır.

“Onlar müharibənin bu növünün əsas şərikləridir”, - prezident deyib.

Maduro əlavə edib ki, müxalifət onu, həmçinin Milli Müəssislər Məclisinin başçısı Diosdado Kabelo və hakimiyyətin başqa nümayəndələrini öldürməyi planlaşdırır. Dövlət başçısının sözlərinə görə, müxalifətin planlarına qarşı durmaq üçün kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinə xüsusi ayıqlıq nümayiş etdirmək barədə göstəriş verib.

Qeyd edək ki, genişmiqyaslı elektrik enerjisinin kəsilmələri ötən həftənin sonunda bütün ölkə üzrə qeydə alınıb. Hakimiyyət bunu elektrik təchizatı obyektlərinə yeni hücumlarla izah edib. Venesuelada birinci böyük blekaut martın 7-də olub.

Oxunub: 518
Oxşar xəbərlər
SON XƏBƏRLƏR