» » Quaydo “prezidentlik” qadağasına cavab verdi

Quaydo “prezidentlik” qadağasına cavab verdi

  • 29-03-2019, 11:09
  • dunya
  • 70
Quaydo “prezidentlik” qadağasına cavab verdi
Venesuelanın müxalifət lideri Xuan Qauydo ölkənin Baş nəzarət idarəsinin onun 15 il ərzində dövlət postu tutmasına qadağa qoyulması ilə bağlı qərarına reaksiya verib.

Bu barədə “El Nacional” qəzeti məlumat yayıb.

X.Quaydo dövlət orqanının onun siyasi fəaliyyətini məhdudlaşdırmağa ixtiyarının olmadığını dilə gətirib:

“Ümumiyyətlə, Baş nəzarət idarəsi deyə bir qurum yoxdur, eləcə də, onun rəhbəri (müdiri) vəzifəsi mövcud deyil”.

Onun sözlərinə görə, “nəzarətçini” yalnız ölkənin legitim Milli Assambleyası təyin edə bilər.

Bundan başqa, müxalifət lideri ümumilikdə 100 min dollardan çox başa gəlmiş xarici səfərləri ilə bağlı hesabat verməkdən imtina edib.

Bundan əvvəl Baş nəzarət idarəsi Quaydonun 90-dan çox ölkəyə səfər etdiyini, habelə səyahət xərclərinin hansı mənbələrdən maliyyələşdiyinin qeyri-müəyyən olduğunu bəyan etmişdi.
Oxşar xəbərlər
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031