dini radikalizm və ekstremizmlə mübarizə

Çavuşoğlu Qolan təpələri problemiylə bağlı Ərəb ölkələrini ittiham etdi

Çavuşoğlu Qolan təpələri problemiylə bağlı Ərəb ölkələrini ittiham etdi
Türkiyənin xarici işlər naziri rəhbəri Mövlut Çavuşoğlu ABŞ-ın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması məsələsində ərəb dünyasında birliyin olmamasından söz açıb.

Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri Trampın sözügedən qərarına ilk olaraq ərəb ölkələri yox, Türkiyə etiraz edib.

“Hətta, Avropa İttifaqı belə Ağ Evin bu qərarını pislədi, ancaq həmin vaxt bir sıra ərəb ölkələri İsrail və ABŞ xofu qarşısında susmağa və Trampı tənqid etməməyə üstünlük verdilər”,- deyə Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, Trampın bu addımı, ABŞ-ın beynəlxalq hüquqla hesablaşmadığını bir daha sübuta yetirir.

Oxunub: 538
Oxşar xəbərlər
SON XƏBƏRLƏR