dini radikalizm və ekstremizmlə mübarizə

Dariqa Nazarbayeva Qazaxıstan parlament Senatının sədri seçilib

Dariqa Nazarbayeva Qazaxıstan parlament Senatının sədri seçilib
Dünən prezident postundan istefa verən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva bu gün parlament Senatının sədri seçilib.

Djb.az-ın məlumatına görə, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

D. Nazarbayevanın namizədliyini bu gün Qazaxıstan prezidentinin səlahiyyətlərinin icrasına başlayan Kasım-Jomart Tokayev irəli sürüb. Senatın 44 deputatı yekdilliklə D. Nazarbayevaya səs verib.

Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri Senatın sədri Kasım-Jomart Tokayevə keçib.

Oxunub: 607
Oxşar xəbərlər
SON XƏBƏRLƏR