dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ günlər öncə DÜNYANIN YOX OLMASININ qarşısını aldı – ŞOK İDDİA

ABŞ günlər öncə DÜNYANIN YOX OLMASININ qarşısını aldı – ŞOK İDDİA
Pakistan və Hindistanın bir-birinin hərbi təyyarələrini vurması ilə yaranan gərginlik zamanı (28-28 fevral tarixlərində -red.) iki ölkənin raketlərini hazır vəziyyətə gətirərək qarşılıqlı təhdidlər səsləndirdiyi ortaya çıxıb.

Djb.az “Röyters” agentlyinə istinadən xəbər verir ki, iki ölkənin bir-birini təhdid etməsi ABŞ-ı hərəkətə keçirib.

İki nüvə gücü arasında mümkün münaqişənin baş verməməsi üçün ABŞ rəsmiləri tərəflərlə görüşlər keçirib və dağıdıcı müharibə senarisini dayandırıb.

Agentlik adını açıqlamadığı bir pakistanlı nazirin Hindistandan gələn raket təhdidlərinə cavab olaraq “bir raket atsanız, üç raket ataraq” dediyini yazıb. Mənbələr Vaşinqton mümkün münaqişənin nə qədər təhlükəli ola biləcəyinin fərqində olduğunu, müharibəyə yol verməmək üçün hər şeyi etdiyini bildiriblər.

Ekspertlər hesab edirlər ki, Hindistan-Pakistan müharibəsi III Dünya müharibəsinə gətirib çıxara bilər.

Oxunub: 521
Oxşar xəbərlər
SON XƏBƏRLƏR