dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya böyük sənətkarı ilə vidalaşır

Rusiya böyük sənətkarı ilə vidalaşır

Vaxtanqov adına Teatrda Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ VƏ RSFSR-in xalq artisti Vladimir Etuşun vida mərasimi keçirilir.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, martın 9-da 97 yaşında vəfat edən böyük sənətkarın vida mərasimi canlı yayımla nümayiş olunur.

Vladimir Etuşla vidalaşmaq üçün Rusiyanın bütün şəhərlərindən sadə vətəndaşlar və tanınmış teatr xadimləri Vaxtanqov Teatrına axın ediblər.

Teatrın foyesində ömrünün 70 ilini bu teatra həsr edən sənətkarın yaradıcılıq yolunu əks etdirən maraqlı totolardan ibarət sərgi açılıb.

Vida mərasimi Etuşun sevimli müğənnisi Mirey Matyenin mahnılarının sədaları altında davam edir.

Teatrdan mətbuata yayılan açıqlamada qeyd olunub ki, Vladimir Etuşla vida mərasimi Moskva vaxtı ilə saat 12.30-da başa çatacaq. Dəfn mərasimi Troekurov qəbiristanlığında olacaq.

Qeyd edək ki, mərhumun nəşi özünün vəsiyyətinə əsasən yandırılacaq.
Rusiya böyük sənətkarı ilə vidalaşır

Oxunub: 505
Oxşar xəbərlər
SON XƏBƏRLƏR