dini radikalizm və ekstremizmlə mübarizə

Efiopiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Efiopiyada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Efiopiyada qəzaya uğrayan "Ethiopian Airlines" aviaşirkətinə məxsus Boeing 737-i təyyarəsinin qara qutusu tapılıb.

"Qazeta.ru" xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında paytaxt Əddis-Əbəbə şəhərindən Keniyanın paytaxtı Nayrobiyə uçan təyyarənin havaya qalxdıqdan 6 dəqiqə sonra yerə çırpılması nəticəsində 157 sərnişinin və uçuş heyətinin hamısı ölüb.

Hadisə ilə əlaqədar olaraq Böyük Britaniya, Çin Mülki Aviasiya Müdirliyi, Malayziya, o cümlədən Efiopiyanın bir sıra hava yolu şirkətləri “Boeing 737 Max 8” tipli təyyarələrindən imtina ediblər.

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR