» » İrəvana pis xəbər: razılaşma qüvvədən düşür

İrəvana pis xəbər: razılaşma qüvvədən düşür

  • 11-01-2019, 16:09
  • dunya
  • 26
İrəvana pis xəbər: razılaşma qüvvədən düşür
Ermənistan-Avropa Birliyi arasında genişləndirilmiş tərəfdaşlıq razılaşması 2019-cu ildə ratifikasiya edilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Respublikaçılar Partiyasının vitse-sədri Armen Aşotyan paylaşıb.

“Hakimiyyət dəyişikliyindən sonra razılaşma təkcə tətbiqlə və reformların reallaşdırılmasıyla bağlı problemlərlə toqquşmayıb, həm də vizual baxımdan öz əhəmiyyəti, eləcə də dəyərini itirməyə başlayıb. Hazırda razılaşmanı AB-nin 28 üzvündən 9-u ratifikasiya edib. Yekun ratifikasiya Avropa Parlamentinin fəaliyyəti boyunca baş tutmayacaq. Belə ki, 23-26 may arasında Avropa Parlamentinə yeni seçkilər keçiriləcək”, - o bildirib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031