dini radikalizm və ekstremizmlə mübarizə

Heyvanda donuz qripinin əlamətləri - Nazirlik açıqladı

Heyvanda donuz qripinin əlamətləri - Nazirlik açıqladı
Gürcüstanda insanlar arasında sürətlə yayılan və artıq 14 nəfərin ölümünə səbəb olan donuz qripi (H1N1) virusu, xüsusilə ölkəmizdə donuz təsərrüfatı ilə məşğul olanlarda böyük narahatlıq doğurub.

Bəs görəsən, H1N1 virusu heyvanlarda hansı formada müşahidə edilir?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Axar.az-a bildirilib ki, bu xəstəliyin heyvanlarda inkubasiya dövrü 1-2 gündür, nadir hallarda isə 6-7 gün olur:

“Xəstəliyin ilkin dövründə temperatur 41 dərəcəyə kimi qalxır, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş verir.

Bundan başqa, heyvanın burnundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olması da bu xəstəliyin ilkin əlamətləridir.

İnfeksiyanın inkişafı ilə əlaqədar olaraq pnevmoniya, plevrit və perikardit inkişaf edir. Çoşqalar arasında ölüm 60-70%-ə kimi çata bilir”.

Xidmətdən bildirilib ki, xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır. Bu səbəbdən də fermer heyvanda hər hansı narahatlıq hiss etdiyi zaman baytarla əlaqə saxlamalıdır.

Xatırladaq ki, DBX tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Oxunub: 823
Oxşar xəbərlər
SON XƏBƏRLƏR