» » ABŞ-da gözəllik salonunun pulunu ödəməyən qadından dəhşətli cinayət

ABŞ-da gözəllik salonunun pulunu ödəməyən qadından dəhşətli cinayət

  • 7-01-2019, 15:50
  • dunya
  • 20
ABŞ-da gözəllik salonunun pulunu ödəməyən qadından dəhşətli cinayət

ABŞ-ın Las-Veqas şəhərinin hüquq-mühafizə orqanları gözəllik salonuna olan 35 dollar borcunu ödəməyən, əvəzində isə obyekt sahibini qaçırdığı avtomobillə vuran qadını axtarır.

Djb.az CBS telekanalına istinadən xəbər verir ki, 51 yaşlı salon sahibi aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İlkin ehtimallara görə, qadın gözəllik salonunda ona göstərilən xidmətdən sonra ödəniş etmək istəməyib.

Gözəllik salonunun sahibi Nqok Nxu Nquen onu dayandırmağa çalışıb. Ancaq qadın idarə etdiyi avtomobillə onu vurub və hadisə yerindən qaçıb.

Polis müşahidə kameraları vasitəsilə müəyyən edib ki, insidenti törədən 21 yaşlı Kristal Uippldir. O, bundan öncə avtomobil qaçırmaqda ittiham edilib. Bildirilib ki, qadın üç həftə öncə qaçırdığı avtomobillə hadisə yerindən qaça bilib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031