» » Еrməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib

Еrməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib

  • 30-12-2018, 14:48
  • dunya
  • 17
Еrməni əsilli əsgər odlu silahla özünə xəsarət yetirib

Gürcüstanın Xususi Penitensiar Xidmətində müddətli hərbi xidmət keçən əsgər, 20 yaşlı Xaçatur Mankasaryan növbətçilik zamanı odlu silahdan özünə xəsarət yetirib.

Djb.az Reporta istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 29-da, axşam saatlarında baş verib. X.Mankasaryan bu ilin 10 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Oktyabrın 23-dən etibarən o, 17 saylı Rustavi həbsxanasının Bayır mühafizə xidmətində xidmətə başlayıb.

X.Mankasaryan xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyəti sabitdir və həyatı təhlükədə deyil.

Hadisə barədə X.Mankasaryanın ailəsinə dərhal məlumat verilib. Faktla bağlı istintaq aparılır. İstintaq zamanı əsgərin sui-qəsdə cəhd etməsi və ya ehtiyatsızlıqdan özünə xəsarət yetirməsi müəyyən olunacaq.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031