» » Pentaqon rəhbəri istefaya gedir

Pentaqon rəhbəri istefaya gedir

  • 21-12-2018, 09:10
  • dunya
  • 119
ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində ABŞ müdafiə naziri Ceyms Mettisin yaxın zamanda tutduğu postdan ayrılacağını bəyan edib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ mətbuatında “Quduz it” ləqəbli Mettisin istefa verəcəyi ilə bağlı uzun müddət söz-söhbətlər gedirdi.

Bir sıra məsələlərdə Mettislə Tramp arasında zidiyyətlərin ortaya çıxdığı bildirilir.


Pentaqon rəhbəri öz istefa ərizəsində Trampın onunla eyni baxışları bölüşən layiqli müdafiə naziri tapması üçün tutduğu postu tərk etmək qərarına gəldiyini izah edib.

Qeyd edək ki, onun istefa müraciətindən bir gün əvvəl Tramp bütün ABŞ müttəfiqlərini təəcübləndirən qərarını açıqlmış, ABŞ-ın hərbi kontingenti dərhal Suriyadan çıxardığını bəyan etmişdi.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930