dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ qırıcısı okeana düşdü

ABŞ silahlı qüvvələrinə aid “Hawker Hunter” qırıcısı Havay adalarının sularında qəzaya uğrayıb.

Djb.az ABC-yə istinadən xəbər verir ki, hərbi təlimdə iştirak edən təyyarə beynəlxalq Honolulu aeroportundan qalxdıqdan çox keçmədən Oahu adası yaxınlığında suya çırpılıb.

Qırıcını 47 yaşlı pilot idarə edib. Vaxtında katapult edə bildiyindən sağ qalıb. Bununla belə, o, xəstəxanaya ağır vəziyyətdə çatdırılıb.

Hadisənin təfərrüatı açıqlanmır. Bundan əvvəl ABŞ mətbuatında qırıcının Yapon dənizi sahilləri yaxınlığında ABŞ-ın yanacaqdoldurma təyyarəsi ilə toqquşduğu xəbəri yayılmışdı.

Oxunub: 603
Oxşar xəbərlər
SON XƏBƏRLƏR