» » Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib

Tramp Fransada keçirilən etiraz aksiyalarına münasibət bildirib

  • 5-12-2018, 09:44
  • dunya
  • 18
Fransada yanacaq qiymətlərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etirazlar ABŞ-ın Paris İqlim Konvensiyasından çıxmaq barədə qərarının doğru olduğundan xəbər verir.

Djb.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

"Dostum Emmanuel Makron və Parisdəki etirazçıların mənim iki il əvvəl verdiyim qərarla razılaşmalarından razıyam. Paris müqaviləsi dərindən səhvdir, çünki o, məsuliyyətli ölkələr üçün enerji qiymətlərini artırır, eyni zamanda dünyanın ən böyük çirkli mənbələrinə bəraət qazandırır", - deyə Tramp "Twitter"də yazıb.

"Mən təmiz hava və təmiz su istəyirəm və ABŞ-da ətraf mühitin yaxşılaşdırılmasında böyük addımlar atdım. Amma Amerika vergi ödəyiciləri və işçiləri başqa ölkələrdə çirklənməni təmizləmək üçün ödəniş etməli deyillər", - deyə o əlavə edib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31