» » Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı

Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı

  • 9-12-2016, 23:17
  • dunya
  • 49
Rusiyanın neft satışından əldə edəcəyi gəlir açıqlandı
Xam neftin qiymətinin 50 dollar səviyyəsində davam edəcəyi təqdirdə Rusiya 2017-ci il büdcəsi üçün 1 trilyon rublluq (təxminən 15 milyard dollar) əlavə gəlir əldə edə bilər.

DJB.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

“Xam neftin qiyməti 50 dollar səviyyələrinə yüksəlib. Qiymətin bu səviyyələrdə qalacağı təqdirdə Rusiya büdcəsinə gələn il 1 trilyon rubl əlavə gəlir daxil olacaq”, - nazir bildirib.

Nazir, həmin gəlirin büdcə xərcləri və ehtiyatlar arasında bərabər şəkildə bölüşdürməyi planlaşdırdıqlarını qeyd edib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031