» » Çin Tayvan yaxınlığında təlimlərə başlayıb

Çin Tayvan yaxınlığında təlimlərə başlayıb

  • 11-08-2018, 14:41
  • dunya
  • 77
Çin Tayvan yaxınlığında təlimlərə başlayıb

Çin donanması Tayvan yaxınlığında Sarı dənizində geniş miqyaslı hərbi təlimlərə başlayıb.

Djb.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, donanma Şandonq vilayəti yaxınlığında ötən gün start verdiyi dəniz təlimlərini bu gün Tayvan sahillərinə doğru istiqamətləndirəcək.

Təlimlər zamanı Çin donanması raket zərbələri sınağı həyata keçirir, eyni zamanda dənizdən quruya desant çıxarmaq üzərində hazırlıqlar görür.

Bir çox siyasi və hərbi ekspertlər isə bu addımın dünyada yalnızca 18 dövlət tərəfindən müstəqilliyi tanınan Tayvana mesaj olduğunu bildirir.

Qeyd edək ki, təlimlər sabah yekunlaşacaq.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930