dini radikalizm və ekstremizmlə mübarizə

Fransa məktəblərində smartfonlar qadağan edildi

Fransa məktəblərində smartfonlar qadağan edildi

Fransada məktəblilərin dərs vaxtı smartfonlardan istifadəsini qadağan edən qanun layihəsi qəbul edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Verge” nəşri məlumat yayıb.

Yeni qaydalar 2018-ci ilin sentyabrından etibarən qüvvəyə minəcək və internetə çıxış imkanı olan bütün elektrik avadanlıqlarına – planşet, noutbuk, smartfon və s. aid ediləcək. 15 yaşadək məktəblilər elektrik cihazlarını ya evdə qoymalı, ya da dərsin sonunadək bağlı saxlamalıdır.

Bununla Fransa hökuməti uşaq və yeniyetmələrin mobil telefondan asılılığı ilə mübarizə aparmaq niyyətindədir. Bu qadağa prezident Emmanuel Makronun seçkiqabağı kampaniya vaxtı əsas vədlərindən biri olub.

L’interdiction générale des téléphones portables dans les écoles et les collèges a été définitivement adoptée par l’Assemblée nationale aujourd’hui.
Engagement tenu ✅

— Emmanuel Macron (@EmmanuelMacron) 30 July 2018

Oxunub: 588
Oxşar xəbərlər
SON XƏBƏRLƏR