dini radikalizm və ekstremizmlə mübarizə

Evlənmək istəyən qızını diri-diri yandırdı - DƏHŞƏT...

Evlənmək istəyən qızını diri-diri yandırdı - DƏHŞƏT...
Hindistanda evdən qaçan 19 yaşlı qız başqa dindən olan sevgilisi ilə evlənmək istədiyi üçün 52 yaşlı atası tərəfindən diri-diri yandırılıb.

Moderator.az xəbər verir ki, nigah idarsində qızdan evlənmək üçün yaşının uyğun olduğunu göstərən sənədlər tələb olunub. Bundan sonra gənc qız sənədləri gətirmək üçün atasının evinə gəlib. Evdə atası ilə qarşılaşdıqdan sonra aralarında mübahisə başlayıb və cani ata qızının üstünə qaz yağı tökərək yandırıb.

Qonşular gənc qızın fəryad edərək qışqırmasından sonra evə gəlsələr də qızı yanmaqdan xilas edə bilməyiblər. Polis atasının gənc qızdan evlilikdən imtina etməyini tələb etdiyini, ancaq qız qəbul etməyincə qəzəblənərək onu yandırdığını bildirib.

Oxunub: 654
Oxşar xəbərlər
SON XƏBƏRLƏR