» » Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir - Türkiyə hökuməti

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir - Türkiyə hökuməti

  • 1-06-2018, 17:45
  • dunya
  • 124
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir - Türkiyə hökuməti


Yerevanın Ankara ilə münasibətləri yaxşılaşdırmağa hazır olması barədə bəyanatı etimad doğurmur.

Bunu DJB.az-a Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Nikol Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşdırılması haqqında bəyanatına baxmayaraq, Ermənistan bu istiqamətdə heç bir addım atmayıb:

"Məlum olduğu kimi, Ermənistan Türkiyə ərazilərinə iddia edir, Türkiyəni tarixi faktlarla təsdiq olunmayan qondarma "erməni soyqırımı"nda ittiham edir".

O qeyd edib ki, əgər Ermənistan həqiqətən də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə, Ankaranın ünvanına olan bütün bu iddialardan əl çəkməlidir:

"Həmçinin rəsmi Yerevan beynəlxalq hüquqa hörmət etməlidir, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir".

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazır olduğunu bəyan edib.

Aysu Toprak Sanderra
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930