dini radikalizm və ekstremizmlə mübarizə

Kolumbiyada subasma təhlükəsi - 25 min nəfər təxliyə olundu

Kolumbiyada subasma təhlükəsi - 25 min nəfər təxliyə olundu
Kolumbiyada tikilməkdə olan "İtuanqo" su elektrik stansiyasını (SES) qidalandıracaq Kauka çayında suyun səviyyəsinin artması nəticəsində subasma riski yaranıb.

Trend-in məlumatına görə, bu səbəbdən 25 mindən çox şəxs təxliyə olunub.

Bazar ertəsi səhər saatlarında SES-in tunellərindən birinin tıxanması ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan olunub.

Təxliyə edilən 25 234 nəfər 14 müvəqqəti sığınacağa yerləşdirilib.

Bundan əvvəl, mayda Kauka çayının məcrasından çıxması nəticəsində ən azı 600 nəfər təxliyə olunmuşdu.

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR