» » Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər

Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər

  • 22-05-2018, 00:44
  • dunya
  • 244
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Soçidə keçirdiyi görüşdə kraynanın şərqinə BMT sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə edib.


Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər


Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu mövzu Putin-Merkel danışıqlarının gündəliyində olub:

"İşlər davam etdiriləcək. Xarici işlər nazirləri və xarici siyasət məsələləri üzrə köməkçilər xətti ilə bu məsələnin müzakirəsinin davam etdirilməsi barədə razılıq əldə olunub. Amma Rusiya ilə Almaniya bu cür missiyanın göndərilməsi məsələsini ikilikdə həll edə bilməzlər. Bunu BMT Təhlükəsizlik Şurasında müzakirə etmək lazımdır” – deyə Peskov bildirib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyevdə isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031